Böyük Britaniyanın BBC telekanalı cəbhəyanı zonada çəkilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə reportaj hazırlayıb.
Reportajda bəhs edilir ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsidir, amma bu bölgəyə Ermənistan hərbçiləri tərəfindən nəzarət olunur. Erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağa bitişik digər ərazilərinə də nəzarət edir.
Reportajda bildirilir ki, cari ilin aprelində 1990-ci illərin ortalarından bəri uzun və mürəkkəb tarixi olan münaqişənin ən güclü eskalasiyası baş verdi.
Azərbaycanın Ağdam rayonuna səfər edən bir qrup BBC jurnalisti Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindən cəmi bir neçə kilometr aralıda yerləşən xəstəxanaya baş çəkib.
Jurnalistlər xəstəxanada müalicə alan yaralılarla, həlak olanların qohumları ilə, ermənilərin atəşi nəticəsində evləri dağılan insanlarla görüşüblər.