Baş nazirin və Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov “Gülüstan” sarayında Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edib.
Teleqraf.com-un məlumatına görə, Əli Əhmədov deyib ki, Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi dövlətçiliyə hörmətin bir ifadəsidir .
Əli Əhmədov da bu müsabiqəni Heydər Əliyev irsinin öyrənilməsi vasitəsilə dövlətçilik ənənəsinə xidmət edən möhtəşəm bir aksiya kimi qiymətləndirib: “Heydər Əliyevi öyrənmək dövlətçiliyə hörmətin bir ifadəsidir. Hər il 10 minlərlə şagird bu inşa müsabiqəsində iştirak edir.
Mən düşünürəm ki, təhsil islahatları təhsil sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün fundamental əsaslar yarada biləcək. Onların müasir və dərin biliklərə yiyələnməsi Azərbaycanın hər sahəsində, eləcə də iqtisad inkişafı üçün vacib amil olacaq.
İnanıram ki, təhsil işçiləri də üzərlərinə düşən bu məsuliyyəti dərk edirlər. Gənclərimizin layiqli, müasir düşüncəli dərin bilikli vətəndaş kimi yetişməsi üçün əllərindən gələni əsirgəməyəcəyini düşünürəm. Bu işdə ən böyük məsuliyyət təhsil işçilərinin üzərinə düşüb”.
Əli Əhmədov əlavə edib ki, Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin builki qalibləri sırasında tələbə olanlara YAP tərəfindən 50 manat təqaüd veriləcək: “Bu il 40 nəfərə bu təqaüd verilir. YAP-ın bu təqaüdünü alanların sayı 70-dən çoxdur”.
İlhamə Əbülfət