18 İyun 2014 17:10
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda rayonunun Nərəcan kəndində seldən zərərçəkən vətəndaşlar üçün 37 ev tikilib istifadəyə verilib

2009-cu ilin sentyabr ayında Xaçmaz rayonunun Nərəcan kəndində güclü leysan yağışları nəticəsində zərərçəkən vətəndaşlar üçün mənzillərin tikintisi davam etdirilir.

Teleqraf.com Regional TV-yə istinadən xəbər verir ki, kənddə 37 ev sökülərək yenidən tikilib. Həmin evlərin əksəriyyəti artıq vətəndaşların istifadəsinə verilib. Hazırda kənddə daha 4 evin tikintisi üçün hazırlıq işləri görülür. Köhnə evlər xüsusi texnika vasitəsi ilə sökülərək tullantılar ərazidən təmizlənir.

Hazırlıq prosesi bitəndən sonra tikintiyə start veriləcək. 5 il əvvəl baş verən təbii fəlakət nəticəsində Nərəcan kəndində 100-ə yaxın yaşayış evinə ziyan dəyib. Yararsız vəziyyətə düşən mənzillərin tikintisi Fövqəladə Hallar Nazirliyinin xətti ilə həyata keçirilir.


Müəllif: