Rusiya xarici işlər naziri Serqey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefon söhbətinin gedişatında Dağlıq Qarabağ münaqişənin nizamlanması problemini müzakirə ediblər.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, tərəflər arasında Dağlıq Qarabağ münaqişənin nizamlanması problemi və indiki mərhələdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin mümkün addımları daxil olmaqla aktual beynəlxalq məsələlər müzakirə edilirdi.