10 May 2016 20:51
643
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbhə bölgəsində zirehli texnika qruplarının döyüş hazırlığı təlimi keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 2016-cı ilin döyüş hazırlığı planına uyğun olaraq, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə cəbhəboyu zonada yerləşən hissə və bölmələrin zirehli texnikalarından ibarət qrupların döyüş hazırlığı təlimi keçirilib.
Təlimlər zamanı döyüş texnikası və piyadaların atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.





Müəllif: