Qondarma Dağlıq Qarabağ Respublikasının baş naziri Arayik Harutyunyan bu gün Şuşa şəhərində olub.
Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, 4 günlük müharibənin nətəsində öz evlərini tərk edənlərlə görüşüb. O, deyib ki, Talış və Madaghis kəndlərindən Şuşaya gələnlər istisnadır, onlar qala bilər: "Digərlərinin təkidlə Mardakert rayonuna dönmələrini istəyirəm. Hər şey bizim nəzarətimiz altındadır".
Erməni mətbuatının yazdığına görə, "baş nazirin çağrışına" əsasən müsbət reaksiya verilib. Mardakertin digər kəndlərini tərk edənlər yaxın günlərdə geri dönəcək...