11 May 2016 15:33
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin əvvəllərində Azərbaycanın işğal altındakı Ağdərə və Xocavənd rayonlarını tərk edən ermənilər bura qayıtmaq istəmir.

Teleqraf.com panarmenian.net saytına istinadən xəbər verir ki, onlar döyüşlərin yenidən başlayacağından qorxurlar. Onların çoxu İrəvan yaxınlığında, bir qismi isə Şuşa və Xankəndidə sığınacaq alıblar.

Məlumatlarda bildirilib ki, bu vəziyyət Ermənistan rəhbərliyini ciddi narahat edib və onların vətəndaşlarına qayıtmaqla bağlı etdikləri çağırışlar nəticəsiz qalıb:

“Mən aprel döyüşləri vaxtı Talış və Madagizdən kəndlərindən başqa digər ərazilərdən köçənlərə səslənirəm ki, evlərinizə geri dönün! Onlar inanmalıdırlar ki, vəziyyət bizim nəzarətimizdədir” - bu sözləri qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndəsi Ara Arutyuyan deyib.

Saytın yaydığı xəbərə görə, bütün bu çağırışlara baxmayaraq, Ağdərə və Xocavənddən köçən Ermənistan vətəndaşları bu ərazilərə qayıtmayacaqlarını bildiriblər.

Samir


Müəllif:

Oxşar xəbərlər