16 May 2016 17:46
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sabunçu rayon idarəsinin Nardaran bölməsinin yeni inzibati binasının açılışı olub.

Azərbaycanda quruculuğa, tikinti və abadlığa daim xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, amalı tərəqqi və yeniləşmə olan Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gündən-günə müasirləşir və qüdrətlənir. Sürətlə inkişaf edən respublikamızın bütün şəhər və qəsəbələrində quruculuq və abadlıq işləri geniş vüsət alıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sabunçu rayon idarəsinin Nardaran bölməsinin müasir tələblərə cavab verən yeni inzibati binasının istifadəyə verilməsi də bu işlərin tərkib hissəsidir.

Teleqraf.com DTX-nin saytına istinadən məlumat verir ki, bölmənin inzibati binasında yaradılan iş şəraiti və maddi-texniki baza müasir standartlar səviyyəsindədir, xalqımızın və dövlətçiliyimizin təhlükəsizliyinin təminatı istiqamətində qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün butün imkanlar mövcuddur.


Müəllif:

Oxşar xəbərlər