17 May 2016 13:05
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 20-də vergilər naziri Fazil Məmmədov Yardımlı rayonunda Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında Yardımlı, Masallı, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, adları qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 6 saylı Ərazi Vergilər İdarəsi, Yardımlı rayonu Vergi ödəyicilərinə xidmət mərkəzi, Masallı rayonu Vergi ödəyicilərinə xidmət mərkəzi, Astara rayonu Vergi ödəyicilərinə xidmət mərkəzi, Lerik rayonu Vergi ödəyicilərinə xidmət mərkəzi ilə müvafiq telefon nömrələri vasitəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər