17 May 2016 12:18
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Vyanada uzun gün oldu. Biz bu gün Suriya məsələsi ilə bağlı müzakirələr apardıq. Bundan başqa bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da danışıqlar aparıldı. Bu görüş Amerikanın təşəbbüsü ilə baş tutdu. Görüş zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə 1994-1995-ci illərdə əldə edilən atəşkəs rejiminin qorunub saxlanılmasına dair razılıq əldə edildi”.

Bunu dünən Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşdən sonra düzənlədiyi brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Teleqraf.com RİA Novosti-yə istinadən xəbər verir ki, S.Lavrov təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi ilə ATƏT-in məşğul olması razılığına gəlindiyini də vurğulayıb.
Rusiyanın XİN başçısının sözlərinə görə, razılığa gəlinib ki, münaqişənin nizamlanmasına dair parametrləri müzakirə etmək üçün Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Serj Sərkisyan iyun ayında növbəti görüşün yerini və vaxtını təyin etsinlər: “Razılığa gəlinib ki, həmin görüşdə artıq siyasi proses çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin yekun nizamlanması üzərində iş davam etdirilsin”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər