17 May 2016 22:26
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

1995-ci ildən bəri ilk dəfə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasına dair monitorinq missiyasının gücləndirilməsinə dair təkliflərini qəbul etdi.

Teleqraf.com Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Qarabağ üzrə nüfuzlu ekspert, Karnegi Fondunun (Britaniya) baş elmi əməkdaşı Tomas de Vall özünün Facebook səhifəsində Vyanada keçirilmiş görüşün nəticələrini şərh edərkən yazıb.

“Nəticələr mənim gözləntilərimi aşdı. 1995-ci ildən bəri ilk dəfə səfir Kasprşikin atəşkəsin pozulmasının monitorinqinə dair missiyanın möhkəmləndirilməsi təklifi qəbul edildi. Nə nəhayət insidentlərin araşdırılması mexanizminə dair 2011-ci ildə Rusiya prezidenti Medvedyevin verdiyi təklifə dair razılaşma əldə olundu”-eksert yazıb.

Tomas de Vall qeyd edib ki, Fransanın itkin düşmüş şəxslərə dair təkliflərinin razılaşdırılmasında da proqress müşahidə edilir. “Hələ çox iş görmək lazımdır, ancaq bu, yaxşı başlanğıcdır”-ekspert yazıb.

Azərbaycan tərəfi hələlik Vyana görüşünün nəticələrinə dair heç bir şərh vermir. Rəsmi Bakı indiyədək insidentlərin araşdırılması mexanizminə sərt şəkildə qarşı çıxırdı və bunu təmas xəttində status-kvonu saxlamağa hesablanmış təklif kimi qiymətləndirirdi.

Vyana görüşündə əldə edilmiş razılaşmaya əsasən ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin ofisinin mandatı genişləndiriləcək, onun səhra köməkçilərinin sayı artırılacaq. Eyni zamanda təmas xəttində atəşkəsin pozulması hallarını qeydə almaq üçün xüsusi avadanlıqlar yerləşdiriləcək.


Müəllif:

Oxşar xəbərlər