Sabirabad rayonu, Cavad kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan çayxananın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 14:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.