22 May 2016 08:18
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə Avropa Şurası Parlament Assambleyasının monitorinq və siyasi işlər komitələrinin iclasları keçiriləcək.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev iclaslarda iştirak etmək üçün mayın 22-dən 25-dək Parisdə səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, iclaslarda Türkiyədə demokratik institutların fəaliyyəti ilə bağlı danışıqlar, Azərbaycana və Gürcüstana faktaraşdırıcı səfərlərin yekunları, terror təhlükəsi və demokratik perspektivlər arasında Liviyanın gələcəyi, Ukraynadakı böhranın siyasi nəticələri və digər mövzularda müzakirələr aparılacaq.

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mayın 26-dan 28-dək isə AŞPA-nın Tallin şəhərində keçiriləcək Büro və daimi komitə iclaslarında iştirak edəcək.


Müəllif:

Oxşar xəbərlər