Davudoğlu Tvitterdə vida mesajı yazdı
Binali Yıldırımın AKP-yə sədr seçilməsindən sonra sabiq baş nazir və partiya sədri Əhməd Davudoğlu bu gün istefa ərizəsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. Ərizəsi qəbul edilən Davudoğlu Tvitterdə vida mesajı yazdı.
O, tvitterdə "Bu bir vida deyil. Əsla davamızdan dönməyəcəyik və eşqimizi unutmayacağıq. Allah bizli vəfa yolundan ayırmasın inşallah. Haqqınızı halal edin..." qeydini yazıb.
Tvitter hesabındakı tərcümeyi-halından baş nazir və baş katib sözlərini silən Davudoğlu '62., 63., 64-cü Türkiyə Cümhuriyyəti hökumətləri baş naziri və Konya millət vəkili' sözlərini ora əlavə edib.
Ayxan