Səhər saatlarından etibarən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun “Ağsu aşırımı” hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Ans press-in məlumatına görə, bu məhdudlaşdırma təmir işləri ilə bağlıdır. Bu istiqamətdən istifadə edən sürüclər alternativ olaraq Muğanlı-İsmayıllı və Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yollarından istifadə edə bilərlər.
Sonuncu dəfə sözügedən yol 2012-ci ilin qışında bağlanıb.