ANS telekanalında iş birliyinə son qoyan İlhamiyyə Rzayeva həmkarı Mətanət Əliverdiyevanın onun haqqında səslənirdiyi fikirlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, İlhamiyyə Rzayeva həmkarına “Şpaqat məsələsini başlığa çıxarmaqla, məni Mətanətlə düşmən edəcəksiniz. Ay başınıza dönüm, şpaqat sözü müəllif hüquq ilə qorunursa, deyin bilək də... Bu artıq qanadlı ifadəyə çevrilib. Mətanət xanıma gəlincə, məmuniyyətlə onunla oturub, çay içərdim, xoş olardı. İndi deyişsək saytalara reytinq qazandırmış olacağıq. Bu da olacaq daha bir şpaqat” deyə cavab verib.
Qeyd edək ki, Mətanət Əliverdiyeva Ölkə.Az-a açıqlamasında İlhamiyyə Razanın cavabını belə verib: "Kim nə deyir, desin, heç umrumda da deyil. Şpaqat açmağın özü də bir istedaddır. Bu sözlər də onun mədəniyyəti və tərbiyəsidir".
Xatırladaq ki, İlhamiyyə Rza ANS-dən gedişi ilə bağlı xeber365.com saytına müsahibəsində ad çəkməsə də, həmkarı Mətanət Əliverdiyevanı tənqid edib: "Mənə kanaldan “get” deyən olmadı, sadəcə mənə reytinqin aşağı olduğunu deyəndə, mən onların başqa aparıcılar axtarmaqda sərbəst olmalarını dedim və namizəd kimi Tofiq Abbasovun adını çəkdim. Amma bilmirəm, reytinq gətirəcək ya yox. Çünki nə o, nə də mən reytinq naminə şpaqat açmayan jurnalistlərdənik".
Onu da deyək ki, İlhamiyyə Rzayeva ANS-də “Nəzər nöqtəsi” verilişinin aparıcısı idi.
Rəqsanə