20 İyun 2014 12:34
1 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bodrumda istirahət edən Azərbaycan əsilli iş adamı Rza Zərrab mühafizəçiləri ilə birgə mülkü vətandaşlara hücum edib.


Teleqraf.com bildirir ki, Rza Zərrab Bodrumda yaxta ilə gəzmək istəyərkən ərazidəki vətəndaşlar ona “oğru var” deyə söz atmağa başlayıblar. “Yaxtanı kimin pulu ilə aldın” sualına əsəbiləşən Rza Zərrab ərazidən uzaqlaşıb.


Hadisə şahidləri bir müddət onun ətrafdakı yaxtalara baxdığını və limana endikdən sonra mühafizəçiləri ilə birgə vətəndaşlara hücum etdiyini deyiblər.


Şahidlər mühafizəçilərin hətta bir qadını vuraraq yerə yıxdıqlarını, bir yoldaşlarının faciəvi şəkildə döyüldüyünü və Rza Zərrabın hadisə yerindən çətinliklə uzaqlaşdırıldığını bildiriblər.


Xatırladaq ki, Rza Zərrab Türkiyədə dekabrın 17-də başladılan anti-korrupsiya və rüşvət əməliyyatı zamanı həbs edilib və bir müddət sonra azadlığa buraxılıb. /Axar.az/


Müəllif: