29 May 2016 15:49
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə inəyi iki avtomobil vurdu.

Teleqraf.com Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, ötən gecə Şəkinin 20 yanvar küçəsində, "Kanal S" in qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Şəki sakini Həsənov İlqarın idarə etdiyi "VAZ 21011" markalı avtomobil hərəkətdə olarkən qarşısına çıxan inəyi vuraraq yolun digər tərəfinə atıb. Əks istiqamətdə hərəkət edən başqa bir avtomobil də bunu görməyərək o da inəyin üzərindən keçib.

Sürücü hadisə yerində dayanmadığı üçün onun kimliyi məlum olmayıb.

Hadisə nəticəsində avtomobillərə zərər dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: