2 İyun 2016 23:14
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər naziri Mevlut Çavuşoğlu Almaniya parlamentinin ermənilərin kütləvi öldürülməsini "soyqırım" adlandıran qətnaməni "məsuliyyətsiz və əsassız" adlandırıb.

"Öz tarixindəki qaranlıq səhifələri qapatmağın yolu məsuliyyətsiz və əsassız Məclis qərarlarıyla başqa ölkələrin tarixini qaralamaq deyil", o Twitter-də yazıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu arada Türkiyə Almaniyadakı səfirini "məsləhətləşmələr üçün" geri çağırıb.

Baş Nazirin müavini və hökumət sözçüsü Numan Kurtulmuş Twitter-də yazıb: "Türkiyə üçün bu qərar yox hökmündədir". O, Türkiyənin qərara "hər platformada" cavab verəcəyini deyib.

Parlament spikeri qərarı elan edərkən, Bundestaqın ictimaiyyət üçün açıq qalereyasında insanlar əllərində "çox sağ ol" şüarları tutublar. Ermənistan qərarı alqışlayıb. Xarici İşlər naziri Edvard Nalbandyan öz bəyanatında qətnaməni Almaniyanın "erməni soyqırımının beynəlxalq səviyyədə tanınması və lənətlənməsinə, eləcə də soyqırımların və bəşəriyyətə qarşı cinayətlərin qarşısının alnmasına qiymətli töhvə" adlandırırb.

Azərbaycan hökuməti qərarı "qeyri-obyektiv" hesab etdiyini deyib. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, "tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir".


Müəllif:

Oxşar xəbərlər