3 İyun 2016 00:12
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə parlamentində təmsil olunan üç partiya - AKP, CHP və MHP Almaniya Bundestaqının qondarma erməni soyqırımı barədə qərarına etiraz olaraq birgə bəyanat imzalayıblar.

Teleqraf.com xəbər verir ki, bəyanatda Bundestaqın qərarı kəskin pislənilib.

Bəyanatda qeyd olunur ki, 1915-ci ildə Osmanlı İmperiyasının dövründə ermənilərlə bağlı baş verənlərin soyqırımı adlandırılması doğru deyil: "

"Almaniya Federal Məclisinin 1915-ci ildə Osmanlı İmparatorluğunda yaşanan proseslərlə bağlı əsassız iddiaların yer aldığı qərarını Uca Türk millətinin təmsilçiləri olan bizlər qəbul etmir, şiddətlə qınayırıq. Qərarın qəbulu millətimizdə dərin təəssüf hissi doğurub. Bu qərarın tarixi və hüquqi əsası yoxdur".

Xatırladaq ki, Almaniya Bundestaqı bu gün uydurma “erməni soyqırımı”nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər