4 İyun 2016 20:25
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dünya Azərbaycanlılarının IV Qurultayının qətnaməsi qəbul edilib.


APA-nın məlumatına görə, qətnamədə bildirilir ki, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İcraçı Katibliyi Azərbaycanın müvafiq dövlət orqanları ilə məsləhətləşmələr əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri və nizamlanma prosesi ilə bağlı bütün məlumatların, sənədlərin, elektron informasiya ehtiyatlarının, elmi araşdırmaların, tədqiqatların, nəşrlərin və filmlərin toplandığı, həmçinin belə məhsulları istehsal edən, ayrıca büdcə ilə təmin olunmuş xüsusi mərkəz və ya fondun yaradılmasını təmin etməlidir.

Katibliyə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin potensialından səmərəli istifadə etmək üçün media və sosial şəbəkələrdə aparılan işin vahid mərkəzdən koordinasiyasını təmin edən koalisiyanın yaradılması üçün lazımi tədbirlər görmək, diaspor təşkilatlarının regional koordinasiya mərkəzlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirmək, xarici ölkələrdə yaşayan, Azərbaycan vətəndaşı olmayan soydaşlarımızın gəlişi və gedişi, müvəqqəti və ya daimi yaşayış hüququ alması, Azərbaycan vətəndaşlığı verilməsi və ya bərpası ilə bağlı hüquqi prosedurların sadələşdirilməsi üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq tapşırılıb.


Müəllif:

Oxşar xəbərlər