7 İyun 2016 11:54
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV-də yayımlanan “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov Şamaxıda restoranlardan birində qarşılaşdıqları təzyiqdən bəhs edib.

Axşam.az-ın məlumatına görə, “ATV xəbər”ə danışan A.İsmayılov deyir ki, sahibkarın bu cür davranmasına səbəb restorandakı antisanitar vəziyyət olub:

“On dəqiqəyə yaxın çəkiliş etdik. Həmin ərəfədə sahibkarlardan biri gəlib, kənarda dayanıb bizi izlədi. Biz mətbəxin çirkli yerini çəkəndə isə təzyiqlər başladı. Kameramızı sıradan çıxartdılar, operatorumuzu vurdular. Digərləri gəldi, insident başladı.

Biz tamaşaçıyıq, kamera ilə mətbəxə girir, qidaların keyfiyyəti, təmizliyi ilə maraqlanırıq. Hər bir insan getdiyi restorandakı mətbəxdəki vəziyyətlə bağlı məlumat almalıdır”.


Müəllif:

Oxşar xəbərlər