Xəbər verdiyimiz kimi, Atatürk adına İstanbul hava limanında terror aktı törədilib.
Hadisə nəticəsində 36 nəfər həyatını itirib, 147 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Türkiyənin Baş naziri Binəli Yıldırım hücum zamanı ölənlərin ailələrinə baş sağlığı verib: “Günahsız insanları hədəfə alan alçaq hücum Türkiyənin terrorla mübarizənin sonuna gəldiyi, qonşularla münasibətlərin normallaşma prosesinin getdiyi bir vaxtda təşkil edilib. Terrorla mübarizə qlobal miqyasda davam etdirilməlidir. Türkiyə bu alçaq planların öhdəsindən gələcək gücə sahibdir. Bütün vətəndaşları birləşməyə çağırıram”.
Terror aktından sonra bağlanan Atatürk hava limanı bu gün səhər saatlarından fəaliyyətini bərpa edib.
****
2016-06-28 23:30:00
Türkiyədə Atatürk adına İstanbul hava limanında partlayış olub.
Teleqraf.com xəbər verir ki, olay yerinə çox sayda polis və təcili yardım briqadası cəlb edilib.
Yaralananların olduğu bildirilir. Hava limanına giriş-çıxış məhdudlaşdırılıb.
Baş nazir Binəli Yıldırım daxili işlər naziri Efkan Ala və İstanbul Valisi Vasip Şahinə telefonla zəng edərək olay barədə məlumat alıb. O, təcili tədbirlərin görülməsi üçün təlimat verib.
İlkin məlumatlara görə, iki terrorçu polislərin onlardan şübhələndiyini hiss edərək üzərlərində olan qumbaraları partladıblar. Bundan sonra polislə terrorçular arasında atışma olub. İlkin məlumata görə, partlayışı "Kalaşnikov" avtomatı ilə silahlanmış canlı bombanın törətdiyi güman olunur. 10 nəfər ölüb, azı 60 nəfər yaralanıb.
Ruslan