24 Dekabr 2016 14:16
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 24-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” mövzusunda konfrans keçirilir.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının üzvləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov konfransda çıxış ediblər.


Müəllif:

Oxşar xəbərlər