16 Fevral 2017 14:25
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və Rusiya Baş Qərargah rəisləri Cozef Danford və Valeriy Gerasimovun görüş yeri üçün Bakını seçməsi ölkəmizin inkişafının, dünya dövlətləri tərəfindən Azərbaycanın tanınmasının, prezidentimiz İlham Əliyevin dövlətlərarası, multikultural və dinlərarası siyasətinin göstəricisidir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada keçirilən böyük beynəlxalq səviyyəli tədbirlərin məkanına çevrilib: “Bir müddət öncə Rusiya və İran prezidenti Azərbaycanda görüşdü. Bu səpkili görüşlər, beynəlxalq tədbirlər ölkəmizdə çox keçirilir. Bu nöqteyi-nəzərdən ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov yüksək səviyyəli görüşün keçirilməsi üçün ideal məkan kimi Azərbaycanı seçib. Azərbaycanda xalqla iqtidar arasında birlik nəticəsində ictimai-siyasi sabitlik hökm sürür. Bunun nəticəsində hər bir ölkə, beynəlxalq təşkilat istənilən tədbiri çox böyük məmnuniyyətlə Azərbaycanda keçirməyə hazırdır”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər