28 Aprel 2014 17:49
1 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həsrət Rüstəmov: “Müsavat iddia edirsə, buyursun...”

“Mitinq keçirmək təşkilatın gücündən, təcrübəsindən asılı deyil, həm də situasiyadan asılıdır”. Bu sözləri Teleqraf.com-a açıqlamasında ADP sədrinin müavini Həsrət Rüstəmov Müsavat Partiyasının başqanı İsa Qəmbərin mitinqlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, seçki dövründə fəallıq artdığı üçün kütləvi aksiyalar keçirmək daha asandır, nəinki qeyri-seçki dövründə: “İndi isə elə bir dövrdür ki, seçkilər yoxdur. Gözlənilən bələdiyyə seçkiləri isə payızda olacaq. Ona görə də indi elə bir seçici aktivliyi yoxdur. Həmçinin mitinqin şüarından asılıdır. Məsələn, bu gün Rusiyanın qonşu ölkələri işğal etmə təhlükəsi ilə bağlı məsələ güman olunduğuna görə ictimaiyyəti narahat edə bilər. Amma buna görə də əvvəl ictimai rəyi öyrənmək lazımdır, sonra isə qərara gəlmək olar ki, yüksək mütəşəkkilli aksiya alınar yoxsa, yox”.

H.Rüstəmov Müsavatın son dövrlər keçirdiyi aksiyalar və tədbirlərlə bağlı məlumatı olmadığını deyib: “Bu partiyanın indiki dövrdə hansı səviyyədə və aksiya təşkil eləməkləri ilə bağlı bir təsəvvürüm yoxdur. Amma Müsavatın başqanı deyirsə, mitinq keçirə bilərlər, mən buna inanıram. Mitinqi keçirmək üçün böyük maliyyə vəsaiti lazımdır. Əgər Müsavat iddia edirsə, buyursun belə bir aksiya keçirsin. Hər kəs də bunu görsün və qiynətləndirsinlər”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər