14 Oktyabr 2014 13:51
2 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ankarada Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi çərçivəsində Türkiyənin "Borusan Mannesmann", "Noksel Çelik Boru" və "Erciyas Çelik Boru" şirkətləri ilə boruların tədarükü üzrə müqavilələr imzalanıb.

Bu şirkətlər boruların tədarükü üzrə tenderin qalibi olublar.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin buraxılış gücünün ildə 16 milyard kubmetr olacağı gözlənilir. "Şahdəniz"dən 10 milyard kubmetr həcmində qaz Avropa bazarına, 6 milyard kubmetr isə hər il Türkiyəyə tədarük olunacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.


Müəllif:

Oxşar xəbərlər