Bu gün Xankəndində azərbaycanlı girovların şikayəti əsasında “apellyasiya məhkəməsi”nin sonuncu prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Qondarma Dağlıq Qarabağ Respublikasının "apelyasiya məhkəməsi" birinci instansiyanın qərarını qüvvədə saxlayıb
Qeyd edək ki, Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Dilqəm Əsgərov məhkəmədə bildirib ki, heç bir qətl törətməyib və Kəlbəcərə öz doğma torpaqlarını görməyə gəlib.
Azərbaycan girovların azad edilməsini Ermənistandan tələb edir və keçirilən məhkəmələrin legitimliyini tanımır.
Ruslan