13 Aprel 2015 10:36
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Vatikan səfiri Mehmet Paçacını geri çağırıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, onun gecə saatlarında Ankara Hava Limanına gəldiyi və jurnalistlərə heç bir açıqlama vermədiyi bildirilib.

Səfirin geri çağırılmasına səbəb kimi dünən Papa I Fransiskin “erməni soyqırımı” ilə bağlı səsləndirdiyi fikir göstərilir.

Qeyd edək ki, I Fransisk Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışı zamanı “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan edib. Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və erməni dini liderləri də iştirak ediblər.

Samir


Müəllif: