Rusiyada 250 təyyarə və vertolyot, habelə 700 müxtəlif növ döyüş texnikası cəlb edilməklə genişmiqyaslı hərbi təlimlər başlayıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərdə 12 min hərbçi iştirak edir.
Nazirlik təlimin əsas məqsədinin Mərkəzi Hərbi Dairənin aviasiya qrupu və hava hücumundan müdafiə qoşunlarının döyüş hazırlığının yoxlanılması olduğunu bildirib. Hərbi təlimlər Komi respublikasının "Pemboy", "Aşuluk" və "Kapustin yar" poliqonlarında keçiriləcək.
Ekspertlərin sözlərinə görə, Rusiyadakı təlimlər NATO-nun Finlandiya və İsveçlə birgə apardığı “Arktic Challengle” təlimi ilə eyni gündə başlayıb.
Samir