21 İyul 2015 00:22
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suruç şəhərində gerçəkləşdirilən canlı bomba hücumunda 30 nəfərin ölməsi, 100-ə yaxın adamın yaralanması bütün ölkəni üzüntüyə qərq edib.

Teleqraf.com-un Trkiyə KİV-ə istinadən xəbərinə görə, Türkiyənin tanınmış sənət adamları bu olaya sərt reaksiya veriblər. Onlar sosial şəbəkələrdə bu terror hadisəsi ilə bağlı üzntlərini ifadə ediblər.

Teleqraf.com tanınmışların Suruç terroru ilə bağlı fikirlərini təqdim edir:

Cem Yılmaz

"İnsan olan bunu etməz" deyə bildiyimiz hər şey bizi yalançı çıxarır. Nə yazıq ki, oldu.Terrora lənət.

Arda Turan

Başımız sağ olsun. Bu acı artıq son olsun. Terrorü lənətləyirik!

Işın Karaca

Canların yanmadığı, ocaqların sönmədiyi günlərə.. Çox üzgünəm... Çox..

Gülben Ergen

Acının, ölümün, qətliamın dili,dini, rəngi, məzhəbi soruşulmaz... Yenə kədər! Yenə acı...

Atilla Taş

Suruçda patlayış olmuş. Bu gənçlərin bəziləri artıq həyatda deyil. Allah qanla bəslənənləri qəhr etsin, yazıqlar olsun!

Alişan

Bayramdan həmən sonra bu terroru kim etdisə, Allah bəlasını versin. Hamımızın başı sağolsun, yaralılara da şəfa diləyirəm.

Murat Boz

Suruçda yaşamını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirım. Terrorün dili, dini, irqi yox. Lənət olsun sizə.

Mustafa Sandal

Suruçda yaşamını itirənlərə Allahdan rəhmət, yaxınlarına baş sağlığı və səbr diləyirəm. Ümid edirəm, bir daha belə acı xəbərlər almarıq.

Ebru Gündeş

Suruçda yaşamını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirım. Orada olan vətəndaşlarımızın təcili qan verməsi lazımdır.


Müəllif:

Oxşar xəbərlər