17 Sentyabr 2015 11:36
2 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.

Bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri orada ölüb.

***

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Publika.az-a verilən məlumata görə, yaralılardan birinin sol ayağı, digərinin sol baldırı amputasiya olunub. Hazırda bir neçə nəfər də əməliyyatdadır. Ola bilər ki, onlar arasında da amputasiyaya ehtiyac olsun.

Yaralıların 5-i travma alıb. Onlar Baloğlan Ağakişiyev (1988-ci il təvəllüdlü), Rövşən Cavadov (1988-ci il), Rəşad Əhmədov, Əsmər Məmmədova, İbadət Allahverdiyevdir. Asif Paşabəyov, Ofelya Məmmədova isə reanimasiyadadır. 3 nəfərin isə şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.

Hadisə nəticəsində ölənlərdən biri 1987-ci il təvəllüdlü Abdullayev Amindir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib.

***

Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Arif Yusifovun Publika.az-a verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yaralılara ilkin yardım göstərilib və onlar Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.

***

Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, içərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.

Şahidlərin verdiyi məlumata görə, hadisənin baş verməsi nətciəsində ölən və yaralananlar var.

Ağır yaralıların xəstəxanalara çatdırıldığı bildirilir.

Hadisə yerində araşdırmalar aparılır.


Müəllif:

Oxşar xəbərlər