26 Oktyabr 2015 12:59
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclin spikeri Oqtay Əsədov bir qrup rusiyalı jurnalistlə görüşdə noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərindən danışıb.

Teleqraf.com xəbər verir ki, o qeyd edib ki, MDB ölkələrindən təxminən 20 müşahidəçi, Avropa Şurası ParlamentAssambleyasından 43, Avropa Birliyi ölkələri parlamentlərindən isə 27 nümayəndə ölkədəki seçkiləri izləyəcək: “Bundan başqa Milli Məclisin dəvəti ilə müxtəlif ölkə parlamentlərinin 60 deputatı Azərbaycandakı seçkiləri müşahidə edəcək. Avstraliya parlamentinə qədər müxtəlif ölkələrdən deputatlar seçkiləri izləmək arzusunda olduqlarını bildiriblər”.

Spiker ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTIHB) müşahidəçi göndərməkdən imtina etməsinə də aydınlıq gətirib: “Bu təsisatdan bizə məktub göndərdilər ki, Azərbaycana 400 müşahidəçi yollamaq istəyirlər. Biz onlara yalnız bir sual verdik: Niyə 400? Sizin metodologiyanız haradadır? Azərbaycanda 9 milyon əhali var, siz 400 müşahidəçi göndərirsiniz. Ukraynada 45 milyon insan yaşayır, oradakı seçkilərə də 400 müşahidəçi göndərirsiniz. Türkiyədə 80 milyon əhali var, ora isə ümumiyyətlə,18 müşahidəçi göndərdilər”.

O.Əsədov bildirib ki, ATƏT/DTIHB metodologiyanı izah etmədi, bununla əlaqədar müşahidəçi göndərməmək haqda qərar verdi və bəyan etdilər ki, Azərbaycan “müşahidəçiləri qəbul etməyə hazır deyil”. Seçkiləri 22 beynəlxalq təşkilat izləyəcək, bu, kifayətdir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər