14 Noyabr 2015 10:48
1 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son məlumatlara görə, ölənlərin sayı 160-a çatıb. Fransa mediasının yazdığına görə, vətəndaşlardan birinin başı “Stade De France” ətrafında kəsilib. Hadisə şahidlərinin ifadələrinə görə, vətəndaşın başının kəsilməsindən əvvəl təkbir səsləri eşidilib.


Terror aktına görə, məsuliyyəti üzərinə götürən İŞİD sosial şəbəkədə qələbə paylaşımları edib.

01:27

Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Parisin “Blaklan” teatrında girovların azad edilməsi üçün keçirilən əməliyyatda 112 nəfər ölüb.

Təqribən 40 nəfər Parisin digər yerlərində ölüblər.

Parisin Stade de France stadionu yaxınlığında Fransa-Almaniya yoldaşlıq matçı zamanı bir neçə partlayış baş verib.

Prezident Fransua Ollandın da stadionda canlı izlədiyi Fransa–Almaniya dostluq görüşü zamanı stadionun kənarında partlayışlar eşidilib. Dövlət başçısı stadiondan çıxaraq birbaşa Daxili İşlər Nazirliyinə gedib.


Müəllif: