15 Noyabr 2015 17:43
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 15-də Türkiyənin Antalya şəhərində “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti öz işinə başlayıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və digər ölkələrin dövlət başçılarını, həmçinin beynəlxalq təşkilatların rəhbərlərini qarşıladı.

Zirvə görüşünün iştirakçıları birgə foto çəkdirdilər.

Xatırladaq ki, “Böyük İyirmiliyə” daxil olan ölkələr dünya sənayesinin 85 faizini, ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini təmsil edirlər. Dünya əhalisinin üçdə iki hissəsi "Böyük İyirmiliyin" üzvü olan ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və Avropa İttifaqı ərazisində yaşayır.

Sayca onuncu dəfə keçirilən bu Sammitdə Azərbaycan xüsusi dəvətli qonaq statusunda təmsil olunur. Tədbirin ənənəsinə görə, toplantıya ev sahibliyi edən ölkə tərəfindən fəxri qonaq dəvət edilir. Türkiyənin fəxri qonaq qismində Azərbaycanı seçməsi ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bir daha təsdiqi olmaqla yanaşı, Azərbaycanın iqtisadi potensialına verilən önəmin göstəricisidir.


Müəllif: