Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev ilə məhdud tərkibdə görüşü olub.
Teleqraf.com xəbər verir ki, görüşdə Dağlıq Qarabağ məsələsi müzkirə edilib.
Prezident İlham Əliyev son günlər Dağlıq Qarabağda qoşunların təmas xəttində münaqişənin deskalasiyasının müşahidə olunduğunu deyib: "Münaqişə zonasında gərginlik müşahidə olunur. Təəssüf ki, münaqişə öz həllini tapmır. Ermənilərin atəşkəsi pozması nəticəsində 400 ev dağıdılıb və dinc sakinlər arasında həlak olanlar var. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Rusiya prezidenti Vladimir Putinlə Dağlıq Qarabağdakı gərgin vəziyyəti müzakirə etmişik. Rusiyaya ekskalasiyanın dayandırılması yönündə səylərinə görə təşəkkür edirəm".
Medvedev bildirib ki, Rusiya Dağlıq Qarabağla bağlı əldə edilmiş atəşkəsin uzunmüddətli olacağına ümid edir: "Ümid edirik ki, hazırki sülh uzunmüddətli olacaq və tərəflər münaqişəninin həllində danışıqları davam etdirəcək. Mən də nə vaxtsa bu məsələyə çoxlu güc sərf etmişəm. Rusiya bu məsələnin həlli istiqamətində əlindən gələni əsirgəməyəcək".
Samir