16 Aprel 2016 19:53
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yeni yaradılan Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədrinin müavinləri təyin olunub. Bu barədə Trend-ə DİM-də bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Namiq Babayev və Bəhram Xəlilov Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavinləri təyin edilib.

Qeyd edək ki, DİM yaradılana qədər N.Babayev Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini, B. Xəlilov isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri olub.

DİM adları çəkilən hər iki qurumun bazasında yaradılıb.


Müəllif: