Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında görüş başa çatıb.
Teleqraf.com-un tass.ru-ya istinadən xəbərinə görə, danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Andriyo, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro, ABŞ-ın dövlət katibi Con Kerri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.
23.18
Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilir.
Teleqraf.com-un İtar TASS agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilir.
Həmsədr ölkələri Rusiya və Fransanın XİN rəhbərləri Sergey Lavrov və Jan-Mark Eyro, həmçinin ABŞ dövlət katibi Con Kerri təmsil edir.