Millət vəkili Mehriban Əliyeva 28 May - Respublika günü münasibəti ilə "Amnistiya aktı haqqında" qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Milli Məclisin bugünkü plenar iclasında 1-ci vitse-spiker Ziyafət Əsgərova bildirib.
Z. Əsgərov deyib ki, layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.