3 İyun 2016 10:17
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə baş naziri Binali Yıldırım Azərbaycana səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, Ankaranın Esenboğa aeroportunda B.Yıldırımı baş nazirin müavini Nurettin Canikli və digərləri yola salıb.

B.Yıldırım Bakıya həyat yoldaşı Semiha Yıldırım, baş nazirin müavini Tuğrul Türkeş, təhsil naziri İsmət Yılmaz, nəqliyyat naziri Ahmet Arslan, xarici işlər nazirinin müşaviri Feridun Sinirlioğlu ilə gəlib.

Səfər çərçivəsində Türkiyə baş nazirinin Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oktay Əsədovla görüşü gözlənilir.

Samir


Müəllif: