Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Türkiya Cümhüriyyatının Azərbaycandakı səfiri İsmayıl Alper Coşğunla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətləri, Almaniya Bundestaqın qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnamə və Türkiyənin bir neçə şəhərində törədilən terror hadisələri müzakirə olunub.
ALDP sədri baş verən qanlı teror hadisələrindən sarsıldığını, türk xalqına dərin hüzünlə başsaqlığı verərək bildirib ki, Türkiyə höküməti düşmənlər tərəfindən yaradılan problemləri tezliklə həll edəcəyinə inanır. Türkiyə xalqı isə terrorun qarşısını almaq üçün birlik nümunəsi göstərəkəcəkdir.
F. Əliyev Almaniya Bundesdaqın qondarma soyqırımın qəbul etdiyi qətnaməni pisliyərək, bu qərarın beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərarası münasibətlərə zidd olduğunu vurğulayıb. Bildirib ki, ümumiyyətlə bu tarixə söykənməyən, siyasi qətnamədir.
Türkiyə səfiri İsmayıl Alper Coşğun ALDP sədri Fuad Əliyevə dəstəyə görə öz təşəkkürünü bildirib.
Nemət