9 İyun 2016 12:56
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“O vaxt insanların küçələrə, gəzintiyə çıxması mümkün deyildi. İnsanları küçələrdə soyurdular, qarət edirdilər. AXC-Müsavat hakimiyyətini təmsil edən məmurların televiziya ekranlarında tərbiyəsiz, azğın hərəkətləri, tamaşaçıları bezdirən çıxışları yada düşür. Eləcə də, hər gün Bakıya və rayonlara cəbhə bölgəsindən gələn onlarca şəhid əsgərlərin tabutlarını, yas içində ağlar qalan anaların fəryadını xatırlayıram. Xalqımızı belə ağır vəziyyətdən isə ümummilli lider Heydər Əliyev xilas etdi”.

Teleqraf.com xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində partiyanın Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmov deyib.

H.Mirələmov qeyd edib ki, 1993-cü ilin təzadlı, qardaşın qardaşa silah çəkdiyi günləri xatırlamaq kifayətdir: “Yenicə müstəqillik qazanmış hər bir dövlətin qarşısında həlli vacib məsələlər dayanır ki, onların yüksək səviyyədə yerinə yetirilməsi, qarşıya qoyulan məqsədə nail olmaq üçün düzgün yolun seçilməsi mütləqdir. Bu yolun düzgün müəyyənləşdirilməsi isə ölkəyə rəhbərlik edən liderin siyasi bacarığından, dövlətçilik təcrübəsindən çox asılıdır.

Müstəqilliyimizin ilk illərində isə ölkəyə şəxsi maraqlarını dövlətin mənafeyindən üstün tutan qüvvələrin rəhbərlik etməsi, bunun nəticəsi olaraq geniş vüsət alan ictimai-siyasi gərginlik, hərc-mərclik, anarxiya və özbaşınalıqlar, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələnmişdi. Azərbaycan parçalanmaq, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər