Tarix üzrə fəlsəfə doktoru: “Millət vəkilinin bu işə nə aidiyyatı var?”
Son günlərdə bəzi saytlarda və Facebook-da tarixçi-alim, Milli Məclisin deputatı Yaqub Mahmudova qarşı kampaniya başlayıb.
Ziyalılar və gənclər bu kampaniyaya etiraz edərək Facebook-da tarixçi-alimi müdafiə edirlər.
Facebook-da yazılan rəylərdən bir neçəsini təqdim edirik:
Tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli: “Bu informasiyanı yayanların nə məqsəd güddükləri hamıya bəllidir. Kim özünün qohumlarının hərəkətlərinə məsuliyyət daşıyır? Ayıbdır, vallah! Bu adamın Yaqub müəllimə nə dəxli var? Deyirlər ki, utanmasan oynamağa nə var ki... Yaqub müəllimin bu Vətən üçün nələr etdikləri göz qabağındadır. Siz nə etmisiniz? Bu informasiyanı yaymaqla “kimlərə” xidmət edirsiniz? Unutmayın ki, bu cür addımlarınız keçərli deyildir və sonda özünüz də xəcalət çəkəcəksiniz! Bir də Allahı unutmayın! Bu Vətən üçün çalışanların işinə mane olmayın!”
Tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov: “Ailə-məişət məsələsini bu qədər şişirtməyin nə mənası var? Yazı başlığının seçilməsindən də görünür ki, sensasiya axtarılır. Millət vəkilinin bu işə nə aidiyyatı var?”
Ziyalılar və gənclərin Facebook-da etirazlarından sonra “Azerbaijan-Azerbaycan” adlı səhifədə paylaşılan yazı silinib.
Qeyd edək ki, Yaqub Mahmudovun adı bəzi saytlarda ona aid olmayan bir məhkəmə işində hallandırılır.
Bəkir