14 İyun 2016 13:17
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İqtidar hər zaman çalışıb ki, İranla dostluq əlaqələri saxlasın, münasibətləri inkişaf etdirsin. Ancaq çox zaman bunun qarşılığını görmürük”.

Teleqraf.com xəbər verir ki, bunu BAXCP sədri, deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı deyib.

Q.Həsənquliyev qeyd edib ki, İranda 35 milyona yaxın azərbaycanlı yaşayır: “Azərbaycan torpaqlarını Ermənistan işğal edib. İran deyir ki, Ermənistan onların yaxın müttəfiqidir. Amma söhbət zamanı bizə deyirlər ki, niyə siz İsraillə əməkdaşlıq edirsiniz. Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, bu ölkədən müasir silahlar alaq və torpaqlarımızı işğaldan azad edək.

Bəs, İran Ermənistanla niyə əməkdaşlıq edir? Ona görə əməkdaşlıq edir ki, Azərbaycan torpaqları işğalda qalmaqda davam etsin? Xocalıda qətl edilənlər axı müsəlman uşaqları idi, ola bilməz ki, İran siyasətçiləri bunu görməsin. Bu həm də İranda yaşayan azərbaycanlıların namusu məsələsidir. Bu necə müsəlmançılıqdır? İşğal edilən ərazilərdə nə qədər məscidlər, muzeylər, islam mədəniyyətinin eksponatları dağıdılıb. Hesab edirəm ki, İranın yürütdüyü siyasət Azərbaycana dost siyasət deyil. Bəlkə də, Azərbaycanın müasir inkişafı İranı narahat edir”.

Spiker Oqtay Əsədov deyib ki, İran müstəqil dövlətdir və öz siyasətini qurur: “Azərbaycan da müstəqil dövlətdir və siyasətini özü qurur. Mən bilmirəm, belə qıcıq yaradacaq fikirlərə nə ehtiyac var. Biz daima narahatlıq yaradacaq məsələlərlə bağlı mövqeyimizi ifadə etmişik”.

Nemət


Müəllif:

Oxşar xəbərlər