15 İyun 2016 13:57
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün, 15 iyun Milli Qurtuluş Günüdür. 1993-cü ilin bu günündə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin parlament sədri, sonradan isə ölkə prezidenti seçilməsi ilə müasir tariximizdə yeni bir səhifə açıldı”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası İcra katibliyi siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

Aydın Mirzəzadə qeyd edib ki, Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan müstəqilliyini itirmək, xırda xanlıqlara parçalanmaq, torpaqlarımızın digər dövlətlərin tərkibinə qatılması qorxusundan qurtuldu: “Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, qardaş qırğınına son qoydu, milli birliyimizin zəifləməsinə yol vermədi.

Sonrakı tarix isə məlumdur. İslahatlar, sosial inkişaf, beynəlxalq aləmdə layiqli yer tutmağımız, müstəqilliyimizin daha da möhkəmlənməsi baş verdi”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər