17 İyun 2016 18:10
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət partiyalarının toplaşdığı Antiböhran Koalisiyasında yarpaq tökümü başlayıb. Artıq Azərbaycan Demokrat Partiyası bu qurumun sıralarını tərk edib.

Teleqraf.com xəbər verir ki, Azadlıq Partiyası da Antiböhran Koalisiyasından çıxmaq haqqında düşünür. Bu partiyada da hesab edirlər ki, koalisiya ciddi bir iş görməyib.

Məlumatı verən mənbə bildirib ki, Azadlıq Partiyası üçün artıq koalisiyada qalmağın və qalmamağın xüsusi bir fərqi yoxdur. Lakin bu partiyanın rəhbərliyi də hesab edir ki, artıq bu qurumun fəaliyyətini dayandırmaq lazımdır. Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, koalisiya aktuallığını itirib: “Faktiki böhran siyasi səhnədən çıxıb. Böhranla bağlı artıq cəmiyyətdə heç bir gözlənti yoxdur. Antiböhran Koalisiyasının bu məsələləri ortadan götürmək istiqamətində heç bir addımı yoxdur. Nə bir mitinq keçirir, nə millətin diqqətini cəlb edən ideyalar ortaya qoyur. Üstəlik, ölkədə iki əsas müxalifət partiyası bu koalisiyaya qatılmadı, faktiki boykot etdilər, eyni zamanda koalisiyanın əleyhinə təbliğat apardılar. Koalisiya da istənilən effekti vermədi və artıq aktuallığını itirib”.

Cabbar


Müəllif:

Oxşar xəbərlər