90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilər başa çatıb.
Saat 08:00-da başlayan səsvermə 19:00-da yekunlaşıb.
Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsində 1 yer uğrunda 7 deputatlığa namizəd mübarizə aparıb. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatlarını təmsil edən 557 nəfər yerli, habelə beynəlxalq təşkilatlardan olan xarici müşahidəçilər izləyib.