20 İyun 2016 10:11
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 20-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işə başlayır.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sessiyada iştirak etmək üçün Strasburqda səfərdədirlər.

Nümayəndə heyətinə parlamentin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Elxan Süleymanov, Sahibə Qafarova, Qənirə Paşayeva, Vüsal Hüseynov, Müslüm Məmmədov və Sabir Hacıyev daxildir.

Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək. Türkiyədə demokratik institutların fəaliyyəti, mədəniyyət və demokratiya, Avropa institutlarında şəffaflıq və açıqlıq, miqrantlara qarşı zorakılıq, gender bərabərsizliyinə qarşı mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq, insan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlər seçiləcək.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər