Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüşünün yekunlarına dair birgə bəyanatla çıxış ediblər. Prezidentlər Vyana görüşü zaman əldə olunan, vəziyyətin sabitləşməsinə yönələn və sülh prosesinin irəliləməsinə təkan verən razılaşmanı təsdiqləyiblər.
Teleqraf.com Kremlin saytına istinadən xəbər verir ki, prezidentlər münaqişə zonasında ATƏT müşahidəçilərin sayının artırılması barədə razılığa gəliblər.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində atəşkəs rejiminin son vaxtlar qorunmasından məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, bu gün Sankt-Peterburq şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarkisyanın birgə görüşü olub.
Ayxan