“Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə iyunun 20-də Sankt-Peterburqda baş tutan prezdentlərin üçtərəfli görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həlledici rol oynaya bilər”. Bunu Teleqraf.com-a millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, görüş öncəsi Rusiya prezidenti ilə ikitərəfli görüşündə Azərbaycan prezidenti İlham Əliyev öz məqsədini tam və aydın şəkildə ortaya qoyub: “Prezident xüsusilə qeyd edib ki, məsələnin həllinin yeganə yolu torpaqların işğaldan azad olunmasıdır. Bu baxımdan üçtərəfli görüşdə ümumi razılığın əldə olunması münaqişənin həllində Rusiyanın qərarlı olduğunu göstərir. Ona görə də dünənki üçtərəfli formatda keçirilən danışıqların yaxın gələcəkdə müsbət nəticələri ola bilər”.
Cabbar